XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 23:41

Ərdoğanın tərəfdarları ilə əleyhdarları Belçikada bir-birini qana boyadı –4 yaralı var

Belçikanın paytaxtı Brüsseldə yaşayan Türkiyə vətəndaşları referendum seçkisi ilə bağlı səsvermə zamanı bir-birinə hücum edib.

Strateq.az xəbər verir ki, davada Türkiyənin 4 siyasi partiyasının – AKP, CHP, MHP VƏ HDP-nin üzvləri iştirak ediblər. Dəyişiklik tərəfdarları ilə əleydarları arasında baş verən qanlı davada 4 nəfər yaralanıb.

Dava polisin müdaxiləsi ilə sakitləşdirilib. 4 yaralı xəstəxanaya qaldırılıb.

Olayla bağlı Türkiyənin Brüsseldəki konsulluğu açıqlama yayıb: "Konsulluğun 100 metliyində baş verən bu hadisədən böyük təəssüf hissi keçiririk". 

Xatırladaq ki, 16 apreldə keçiriləcək referendumla bağlı səsverməsi xaricdə yaşayan türklər üçün vaxtından əvvəl başlanıb. Referendum gününə qədər 57 ölkədə fəaliyyətdə olan məntəqələrində türkiyə vətəndaşları axşam saat 19-dək səs verə bilərlər.