XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 03:49

Tağı Əhmədov vəzifəyə gətirilir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının vəfat etmiş sədrini Metropolitenin sabiq rəisi Tağı Əhmədov əvəz edəcək.

Strateq.az xəbər verir ki, bu iddianı Axar.az yayıb.

Bildirilir ki, keçmiş deputat Fikrət İsmayılovun dünyasını dəyişməsindən sonra təşkilat sədrinin vəzifəsini aparat rəhbəri Tağı Əhmədov icra edəcək: “”Bakı Metropoliteni”nin keçmiş rəisinin təşkilat sədri olacağı da istisna deyil”.

Qeyd edək ki, 81 yaşlı F.İsmayılov martın 31-i, səhər saatlarında vəfat edib. O, 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.

Strateq.az