XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2017 - 22:35

“Krım Ukraynaya qaytarılmalıdır” –Tillerson Rusiyaya səsləndi

"Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək".

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, – deyə R.Tillerson bildirib.

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək. 

APA