XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 14:13

Rusiya XİN-nin səsli mesajı ABŞ-ı “silkələdi”:"...növbəti seçkiyədək gözləyin"

Rusiya Xarici İşlər Nazirliyinin 1 aprel tarixində rəsmi "Facebook" səhifəsində yaydığı açıqlama ABŞ və dünya mediasının ciddi müzakirəsinə səbəb olub.

Strateq.az xəbər verir ki, 1 aprel – Aldatma günündə Rusiya XİN-nin rəsmi səhifəsində ABŞ mediası və siyasilərinə ünvanlı səsli yazı paylaşılıb.

Rus və ingilis dillərində olan həmin səsli mesajda belə deyilir:

"Siz Rusiya səfirliyinə bağlandınız, zəng etməyiniz bizim üçün çox önəmlidir. Siyasi rəqiblərinizə bir rus diplomatdan zəng gəlməsinin istəyirsinizsə, 1 düyməsinə  basın.

Rus haker xidmətindən yararlanmaq üçün 2 düyməsinə basın.

Əgər seçkilərə müdaxilə edilməsini istəyirsinizsə, o zaman 3 düyməsinə basın və növbəti seçkiyədək gözləyin".

Xatırladaq ki, Rusiya XİN-nin rəsmi səhifəsində yayılan bu səsli mesaj sonradan  1 aprel zarafatı kimi izah olunsa da, ABŞ mediası bunu Amerikanın ələ salınması kimi dəyərləndirməyə başlayıb.

Onu da qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın seçkidəki rəqibləri onun qələbəsində Rusiya iqtidarının və rus hakerlərinin mühüm rol oynadığını iddia edirlər. Hətta bununla bağlı xüsusi xidmət orqanları hesabat da yayıblar. Bundan sonra ABŞ-la Rusiya arasındakı diplomatik gərginlik bir az da artıb.

Strateq.az