XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 18:24

Nazarbayev Azərbaycana gəldi,Baş nazirin müavini ilə nazir müavini qarşıladı (FOTO)

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Strateq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.