XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 11:58

Hökumətin qoruduğu tarixi hamamı nazirliklə İcra Hakimiyyəti sökdü –FOTOLAR

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsəsnamənin 8.20.12. maddəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3. maddəsi eynilik təşkil etdiyindən muhafizə dərəcəsi tədbiq edilmiş, Dövlət muhafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması bundan sonra qeyri-mumkun olacaqdır".   

Bu sözlər "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyindən Strateq.az-a daxil olan məlumatda bildirilib.

Birlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitutsiyasının 40-cı maddəsinin 2-ci bəndinə əsasən, hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır:

"Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitutsiyasının 77-ci maddəsinə və "Tarix və Mədəniyyət Abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.           

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrali Qararı ilə 3757 inventar sırası ilə Dövlət mühafizəsinə götürülmüş Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi, 36 ünvanlı (yeni ünvanla B.Səfəroğlu 130) XIX asrdə tikilmiş "Hamam” (Bakı sakinləri arasında "Şors” hamamı kimi tanınan) daşınmaz tarixi memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 23.11.2016-cı il tarixli, 99-01/TN-X-2 saylı razılıq məktubuna əsasən məhf edilib".