XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 10:53

Sankt-Peterburqdakı terrorda daha bir azərbaycanlı öldü –Tələbə imiş (FOTO)

Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölənlər arasında daha bir azərbaycanlının olduğu məlum olub.

Strateq.az Diaspor.az-a istinadən bildirir ki, bu, 20 yaşlı Dilbər Əliyevadır. O, Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. 

Məlumatı Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.

Diaspor fəalının sözlərinə görə, bu gün mərhumə son mənzilə yola salınacaq.

Xatırladaq ki, dünən daha bir azərbaycanlı – 28 yaşlı Zaur Vəliyev də terrorda ağır yaralanaraq Marinskaya xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!