Türkiyə ordusu PKK-ya qarşı əməliyyatda bu gün daha 3 əsgərini itirib.
Starteq.az Türkiyə mediasına istinadən bildirir ki, əməliyyat Şırnak vilayətinin Qabar dağı bölgəsində aparılıb:
"PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçular uzaqdan idarə olunan bomba partladıb. Nəticədə 3 əsgər şəhid olub, 5- yaralanıb".
Məlumata görə, əməliyyatda 5 terrorçu məhv edilib.