XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 12:48

Azərbaycan prezidentinə Serbiyanın ali ordeni təqdim olundu –FOTO

 

Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

Səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.

APA