XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 13:08

Terrorda ölən azərbaycanlı tələbə haqda açıqlama:"Dilbər Rusiya vətəndaşı idi..."

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

Bu barədə "Ttrend"ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".

Xatırladaq ki, 20 yaşlı Dilbər Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. 

Onu da qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 42 nəfər xəstəxanada müalicə olunur.