XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 14:58

Prezidentin köməkçisi və komitə sədrləri Türkiyəyə gedir –Səbəb

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi 20-ci Zirvə Toplantısı Türkiyədə öz işinə başlayır.

Strateq.az tədbirə dəvətli olan iqtisadçı Vüqar Bayramova istinadən bildirir ki, toplantıya 42 ölkədən 200-dən çox dövlət rəsmisi, 4 ölkə başçısı, 10 sabiq prezident, millət vəkilləri, elm adamları qatılacaq:

"Ölkəmizi Zirvə Toplantısında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, energetika naziri Natiq Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və elmi tədqiqatçılar təmsil edəcəklər. Türkiyənin eks-prezidenti Abdullah Gül də zirvə toplantısına qatılacaq. 

Sabah başlanan toplantı 2 gün davam edəcək".