XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 15:10

Peskov:"Putinə məlumat verildikdən sonra Udmurtiyanın başçısı həbs olunub"

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Udmurtiyanın başçısı Aleksandr Solovyovun həbsi haqda məlumatlandırılıb.

Bu haqda məlumatı Putinin mətbuat katibi Dmitri Peskov verib.

Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsi Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyovla bağlı cinayət işi qaldırıb. İstintaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (Rusiya Federasiyasında dövlət vəzifəsi tutan vəzifəli şəxslərin xüsusilə iri məbləğdə rüşvət alması) üzrə aparılır.

Solovyov istintaq fəaliyyətləri ilə bağlı Moskvaya aparılıb. İstintaqın versiyasına görə, Solovyov 2014-2016-cı illər ərzində Kama və Buy çayları üzərində körpü tikən təşkilatların nümayəndələrindən ümumilikdə 139 milyon rubl rüşvət alıb. Eyni zamanda ona kommersiya təşkilatlarında iştirakla əlaqədar olaraq 2,7 milyon rubl dəyərində "mükafat" verilib.

Axar.az