XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 14:32

Çavuşoğlu:“Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"

“Azərbaycan və Türkiyənin – iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”.

Bunu  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.

“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, – deyə nazir əlavə edib. (APA)