"Bu yay Almaniya ordusu Ukraynaya yeridiləcək".
Bunu “Zvezda” televiziyasında yayımlanan “Proses” proqramında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. O, alman ordusunun Ukraynaya Poroşenkonun dəvəti ilə gələcəyini bildirib:
“Alman ordusu NATO-suz Ukraynanın müdafiəsinə gələcək. Bu isə ölkə prezidentinin dəvəti ilə baş tutacaq. Nəticədə ruslarla almanlar arasında qarşıdurma baş verəcək”.
Jirinovskinin iddiasına görə, hətta alman orduları müəyyən məqamlarda Rusiya sərhədini də keçəcəklər. Siyasətçi bu ssenarinin 2016-cı ilin yayından hazırlandığını bildirib:
“Bu ssenari keçən ilin yayından hazır idi, lakin Suriyadakı vəziyyət ucbatından onu bu ilin yayına saxladılar. Plan ona görə yaya saxlanıldı ki, qışda döyüşmək çox çətindir”.
Axar.az