XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 21:53

İtaliyada Azərbaycan qaz kəmərinin tikintisi dayandırıldı –Məhkəmə qərarı ilə

İtaliyanın Latsio regional inzbati məhkəməsi bu gün Ətraf Mühit Nazirliyinin TAP kəmərinin keçdiyi Apuliya bölgəsində çoxillik zeytun ağaclarının köçürülməsi üçün verdiyi icazənin qüvvəsini dayandırıb .

Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, qərar Apuliya regional hökumətinin iddiası əsasında çıxarılıb.

Neçə gündür bu bölgədə TAP-ın tikintisi  və zeytun ağaclarının köçürülməsi “No TAP” komitəsinin fəallarının keçirdiyi aksiyalara görə dayandırılmışdı.

TAP konsorsiumu kəmərin marşrutu boyu 216 çoxillik zeytun ağaclarının köçürülməsi üçün icazə alıb, lakin onlardan cəmi 4-nü köçürməyə imkan tapıb. 

İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan,  Rusiyaya bağlı “5 Star” hərəkatının yaratdığı “No TAP” komitəsinin keçirdiyi etirazlar nəticəsində işlər dayandırılıb. İndi isə məhkəmə ağacların köçürülməsinə verilmiş icazənin qüvvəsini dayandırıb.

Məhkəmənin qərarına əsasən, ağacların köçürülməsinə dair icazə aprelin 19-da keçiriləcək dinləmələrə qədər qüvvədə olmayacaq. Bu isə o deməkdir ki, aprel ayında ağacların köçürülməsi başa çatdırılmayacaq və işlər noyabr ayına qədər təxirə düşəcək. Bu, TAP-ın tikintisinin azı yarım il gecikməsi deməkdir.