XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 22:00

“Avropa özünü tükəndirib və “çürüyən qitə”yə çevrilib” –Ərdoğan

"Avropa özünü tükəndirib və “çürüyən qitə”yə çevrilib".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Balıkəsirdə təşkil olunan mitinqdə çıxışı zamanı bildirib.      

“Avropa bu gün çürüməkdə olan qitədir, onun artıq nə Türkiyəyə, nə də ki beynəlxalq ictimaiyyətə deyəcək sözü yoxdur. Avropa özünü tükəndirib və düşdüyü vəziyyət ona baha başa gələcək. Avropalıların əsrlərlə qoruduğu dəyərlər rədd edilib”, – deyə Ərdoğan vurğulayıb.       

Onun sözlərinə görə, bu gün Avropa ölkələrində insan haqları pozulur, demokratiya normalarına əməl olunmur: “Avropa artıq demokratiya  mərkəzi yox, zorakılıq və nasizm mərkəzidir”. 

APA