XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 23:41

Çin rəhbəri ABŞ-a gedib –Səfərin gündəliyi açıqlandı

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib.

CNN-nin verdiyi xəbərə görə, Çin liderinin təyyarəsi yerli vaxtla 13.40-da (Bakı vaxtı ilə 21.40-da) Floridanın “Palm Biç” hava limanında eniş edib.  

ABŞ prezidenti Donald Trampın da yaxın saatlarda Floridaya səfər edəcəyi gözlənilir.

Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlərin bu gün axşama birgə şam yeməyi nəzərdə tutulub.  Danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb.

Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Ekspertlər hazırkı səfərin tanışlıq xarakteri daşıdığını, ciddi razılaşmaların əldə edilməyəcəyini  proqnozlaşdırırlar.   

APA