XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 23:57

“Bu, vəhşicəsinə edilən təcavüzdür” –Merkel İdlibdəki vəhşətə görə BMT-ni qınadı

"Suriyanın İdlib şəhərinə təşkil edilən kimyəvi hücumla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qərar qəbul edilməməsi biabırçılıqdır".

Bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.

Merkel həmin hücumun araşdırılması üçün bütün imkanlardan istifadə edilməsinin labüd olduğunu vurğulayıb.

"Bu, işıqlandırılması lazım olan vəhşicəsinə edilən təcavüzdür", – Merkel söyləyib(Axar.az).

Xatırladaq ki, Əsəd ordusu Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə edib. Nəticədə əksəriyyəti uşaq və qadınlar olmaqla, 100-dən çox dinc sakin həlak olub.