XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 00:21

Nazirdən TAP-ın tikintisinə yaradılan problemə reaksiya:“Aprelin 19-na qədər gözləyək..."

İtaliya məhkəməsinin “Azərbaycan borusu”nun (TAP) tikintisinin müvəqqəti dayandırılması barədə qərarına Azərbaycanın energetika naziri Natiq Əliyev reaksiya verib.

Strateq.az xəbər verir ki, nazir virtualaz.org-un əməkdaşına açıqlamasında hazırda Türkiyədə olmasına baxmayaraq, baş verənlərdən məlumatlı olduğunu deyib:

“Öncədən razılıq verilib, hər şey qaydasında idi. Marşrut əvvəlcədən razılaşdırılıb, bundan əlavə, onu üzərinə müəyyən öhdəliklər götürmək şərtilə İtaliya hökuməti özü təklif edib. Nəzərə almaq lazımdır ki, bu layihə İtaliyanın özünə və digər Avropa ölkələrinə lazımdır. Biz onları təbii qazla təchiz edəcəyik”.

Azərbaycanın energetika naziri vurğulayıb ki, bu məhkəmə son instansiya deyil: “Aprelin 19-na qədər gözləyək. Yenə təkrar edirəm ki, saziş İtaliya hökuməti ilə bağlanıb, regional hakimiyyətlərlə deyil. Marşrutu da biz təklif etməmişik. Ümumilikdə, problem bizə tanışdır. Bu cür maneələrə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisində və digər layihələrdə də rast gəlmişik”.

Qeyd edək ki, İtaliya məhkəməsinin qərarı boru kəmərinin tikintisini aprelin 19-na kimi dayandırır və həmin tarixdə məhkəmə məsələyə bir daha baxacaq.