XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 09:56

KTN-nin tabeliyində olan qurum Fondun sərəncamına verildi –Hökumətdən qərar

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinə Dövlət Toxum Fondunun tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2015-ci il tarixli sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb.  

APA