XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 12:19

Rusiya ABŞ-la imzaladığı Memorandumu “dondurdu” –Suriya krizi böyüyür

Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır".

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri dünən Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.    

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 59 “Tomaqavk” raketi atdığı bildirilir. Zərbələr nəticəsində 6 Suriya hərbçisi həlak olub, aerodrom və aerodromdakı təyyarələr yararsız hala düşüb.

APA