XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 12:42

Daha bir MTN generalının həbs müddəti uzadıldı –Məhkəmə qərarı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin həbs müddəti uzadılıb.

Səbael rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.

Qeyd edək ki, həmin şəxslərin barəsində olan cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra o, həbs edilib.

MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

APA