XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 14:09

Vitse-spikerdən deputata etiraz:"Gəlin, polisə dəstək olaq, çünki onların işi çoxdur..."

Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. 

Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər. Çünki qanunvericilyimiz  ikili vətəndaşlığı qadağan edir.  

Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər:

“Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi.  Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb:

“Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun  vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir. Gəlin, çıxışlarımızı elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələrə qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz. Ona görə çıxışlarımızda yenilik olsa yaxşı olardı”.

Qafqazinfo.az