XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 14:54

Hindistan azərbaycanlılar üçünelektron viza tətbiq etdi

Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər.

Hindistanın ölkəmizdəki səfirliyindən “Strateq.az” saytına verilən məlumata görə, Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir. Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik, elektron tibb vizasına üçdəfəlik giriş izni verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür. Müraciətçilərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl onlayn  müraciət etmələri tələb olunur.

Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir.

Elektron viza üçün online müraciət aşağıdakı internet səhifəsindən həyata keçirilir:  https://indianvisaonline.gov.in/evisa/Registration.

Strateq.az