XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 15:14

Şübhə:Hücum xəbərini Əsədə kim sızdırıb?

ABŞ-ın əl-Şayrat aerobazasına hücumu zamanı cəmi 6 Suriya hərbçisi həlak olub.

Bunu Suriya rəsmiləri açıqlayıb.

Maraqlıdır ki, ABŞ aerobazaya 59 "Tomahawk" raketi atdığını açıqlayıb. ABŞ-ın ən müasir raketlərindən olan və hər biri milyon dollara başa gələn raketlərlə hücumda cəmi 6 əsgərin məhv olması xeyli az görünür.

Rəsmi Dəməşq az itkinin səbəbini aerobazanın əvvəlcədən boşaldılmasıyla izah edib. Belə çıxır ki, onun hücumdan əvvəlcədən xəbəri varmış. Elədirsə, sual ortaya çıxır: Suriyaya bu xəbəri kim sızdıra bilərdi?

Məlumata görə, ABŞ-ın planından özündən başqa xəbəri olan yeganə qüvvə Rusiya imiş. Belə ki, ABŞ Suriyanı vuracağı ilə bağlı onu əvvəlcədən məlumatlandırıbmış. Buna görə də, xəbərin Dəməşqə sızdırılmasında Rusiya şübhəli bilir. 

Ovqat.com