XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 15:26

“MDB-də olan münaqişələri həll etmək lazımdır” –Lukaşenkodan yeni təklif

MDB ölkələri postsovet məkanında mövcud olan münaqişələrin həllində aktiv rol oynamalıdır”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mir” kanalına müsahibəsində deyib.

O bildirib ki, bu münaqişələrin həllində insanların maraqlarından çıxış etmək lazımdır:

“Biz MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ və Donbas məsələsini həll etməliyik. Amma bunu etmirik. Ona görə yox ki, bunu etmək olmaz, ona görə ki, müxtəlif maraqlar mövcuddur. Problem isə həll olunmalıdır. Dağlıq Qarabağda müəyyən müharibə problemləri ilə üzləşən insanlar yaxşı yaşayırlar? Onlar sadəcə yaşayırlar və gözləyirlər ki, sabah nə baş verəcək, başlarına bomba düşəcəkmi. Bu normaldır? Normal deyil. Bu kimə faydalıdır? Heç kimə.

Gələcəyə baxmazdan əvvəl MDB-də olan bu münaqişələri həll etmək lazımdır. Bu məsələləri həll etməklə, işləməli olduğumuz yeni strateji istiqamətləri görəcəyik”.

APA