XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 17:48

Avropa yenə terrorla silkələndi- Ölənlər və xeyli sayda yaralı var FOTOLAR (YENİLƏNİR)

Son məlumatlara görə, teraktda ölənlərin sayı 5-ə yüksəlib.

***

İsveçin baş naziri Stefan Leven hadisəni terror aktı kimi qiymətləndirib.

Baz nazir bildirib ki, hər şey hücumun terakt olduğuna işarə edir.

Hücumu təşkil edən sürücünün saxlanıldığı bildirilir.

***

Hadisə ticarət mərkəzlərinin, kafelərin sıx olduğu Drottninqqatan küçəsində baş verib.

Polisin məlumatına görə, yük maşınının sürücüsü "geri çəkilin, geri çəkilin, bu zarafat deyil" deyə qışqırırmış.

Yük maşını "Ahlens Mall" ticarət mərkəzinə çırpılaraq dayanıb. 

"Biz ayaqqabı mağazasında idik. Birdən insanlar qışqırmağa başladı. Nəhəng yük maşınını gördüm. Xilas olmaq üçün arxa qapıdan çıxdım", – deyə şahidlərdən biri hadisəni təsvir edib.
 

***

Avropa yenidən terror hücumu ilə üz-üzə qalıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə İsveçin paytaxtı Stokholmda terakt olub.

Terrorçular bomba yüklü yük maşınını Stokholmun mərkəzi küçələrindən birindəki ticarət mərkəzinin üzərinə sürüblər.

"Reuters" agentliyi 3 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu barədə məlumat yayıb. Ölənlərin sayının daha çox olduğu istisna edilmir.

Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşını cəlb olunub.

Polis insanlara hadisə yerinə yaxınlaşmağa icazə vermir.


Strateq.az