"NATO ABŞ-ın Suriyanı vurmasını təqdir edir".
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
O, Əsəd ordusunun kimyəvi hücumunu qəbuledilməz sayıb: "Bu əməli cavabsız qoymaq olmazdı. NATO olaraq, ABŞ-ın axşamkı zərbələrini haqlı sayır, təqdir edirik. Eyni zamanda, Suriya ilə bağlı bütün danışıqlara dəstək verməyə də hazırıq”.