BMT Təhlükəsizlik Şurası ABŞ-ın Suriya rejiminə aid hərbi hava limanını vurması səbəbindən az əvvəl toplanıb.
Strateq.az xəbər verir ki, toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley ölkəsinin Suriyaya endirdiyi raket əməliyyatına haqq qazandırıb.
"Dünən gecə çox ölçülü bir addım atdıq. Daha artığını da etməyə hazırıq, ancaq güman edirik, buna gərək qalmaz", – deyə, o bildirib.
Nümayəndə daha sonra deyib ki, Amerika Birləşmiş Ştatları kimyəvi silahdan istifadə edilməsinə biganə qalmayacaq: "Kimyəvi silahların yayılmasının qarşısını almaq ölkənin milli maraqlarına cavab verir".
Nikki Haley Əsəd rejiminin 6 il ərzində 100 minlərlə insanı öldürdüyünü, milyonlarla insanı yurd-yuvasından didərgin saldığını da sözlərinə əlavə edərək, bildirib ki, Əsəd hökuməti hazırda da beynəlxalq hüququ pozmaqda davam edir.
Strateq.az