ABŞ-ın dünən gecə Suriyanı "Tomahawk" raketləri ilə vurmasından sonra Rusiyanın həmləsi özünü çox gözləməyib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya qırıcıları İdlibin Hayiş bölgəsini günorta saatlarında vurub.
Hava hücumu zamanı 8 mülki şəxsin öldüyü, xeyli insanın isə yaralandığı açıqlanıb.