Moldova Apellyasiya Palatası ölkə prezidenti İqor Dodonun Rumıniyanın sabiq prezidenti Trayan Baseskunun Moldova vətəndaşlığından məhrum edilməsi barədə fərmanını qüvvədə saxlayıb.
Bu barədə Moldova rəhbərinin hüquqi məsələlər üzrə müşaviri Maksim Lebedinski bildirib.
Onun sözlərinə görə, hakimlərin qərarı qətidir və ondan şikayət verilə bilməz.
T.Basesku Moldova pasportunu 2016-cı ilin noyabrında alıb.
Report