XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 18:37

Kerridən ABŞ-ın Suriyanı vurmasına reaksiya: “Doğru addım idi”

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonun Suriya hərbi bazasına raket zərbələri endirməsini doğru addım adlandırıb.

Kerri bildirib ki, bu, Suriya ilə bağlı diplomatik danışıqlar üçün də yeni impuls ola bilər.

Kerri zərbələrin vaxtında – Suriya rejiminin kimyəvi silahdan istifadəsindən dərhal sonra endirilməsini alqışlayıb.

Obamanın prezidentliyi dövründə ABŞ dövlət katibinin müavini olmuş Toni Blinken də Vaşinqtonun Suriyanı vurmasını dəstəkləyib.

Lakin Blinken hesab edir ki, prezident Donald Tramp üçün əsl sınaq bundan sonra başlayacaq: "Bundan sonra hansı mövqedə olacağı çox önəmlidir. Çünki Tramp bu vaxta qədər Suriyada vətəndaş müharibəsinin başa çatması məsələsinə biganə olduğunu nümayiş etdirmişdi"(azadliq.info).