XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 20:00

Conson Moskvaya səfərini ləğv etdi –Rəsmi Moskva bəhanəni əsassız saydı

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyadakı son duruma görə Moskvaya səfərini ləğv edib.

Britaniyalı nazir Rusiyanın Suriya rejiminə dinc əhaliyə kimyəvi silah tətbiq etməsindən sonra da dəstək verməsindən heyrətləndiyini bildirib.

Consonun Rusiyaya səfəri aprelin 10-da başlamalı idi. Bu, son 5 ildə Britaniya XİN rəhbərliyi səviyyəsində Rusiyaya ilk səfər idi.

“Suriyadakı hadisələr vəziyyəti kökündən dəyişdi. İndi mənim üçün prioritet Suriya ilə bağlı koordinə edilmiş beynəlxalq dəstək üçün ABŞ və digər ölkələrlə təması davam etdirməkdir”, – deyə, Conson qeyd edib.

XİN rəhbəri onu da bildirib ki, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya aprelin 11-12-nə nəzərdə tutulan səfəri qüvvəsində qalır: “Tillerson Rusiya tərəfinə bizim də mövqeyimizi çatdıracaq”(azadliq.info).

Strateq.az xəbər verir ki, Consonun səfərini ləğv etməsinə Rusiya XİN-dən cavab gecikməyib.

XİN sözçüsü Mariya Zaxarova səfərdən imtina üçün gətirilən bəhanəni "absurd" sayıb.