XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2017 - 18:23

“Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq” –Deputatdan məmurları silkələyən açıqlama

"Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır”.

Bunu modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Deputat bildirib ki, bizdən asılı olmayaraq, dünyada gedən inkişaf kataklizmalarından devalivasiya bizə hədiyyə düşüb:

" Heç olmasa, bu zaman etməyin də. Heç olmasa, xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrində insanları incitmətin!

Onsuz da insanların aldıqları pul heç nədi. Heç olmasa, "Azəriqaz", "Azərsu", "Azərişıq" insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər atdığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki, "hakimiyyətin yeganə mənbəyi xalqdır!". Əgər hakimiyyət xalqındısa, xalqa xidmət etmək lazımdır”.