XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2017 - 18:31

Fransalı diplomat Türkiyədə qəzayla öldü –Təfərrüat

Bu gün Türkiyədə hava şarının güclü küləyin təsiri ilə öncə yüksək gərginlikli elektrik xəttinə, daha sonra isə yerə çırpılması nəticəsində ölən turistin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.

Qeyd edək ki, hava şarının yerə çırpılması nəticəsində 20 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükə yoxdur.