XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 11:23

Trampın daha bir müşaviri vəzifəsindən getdi –Makfarlend səfir təyin olundu

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Ketlin Makfarlend cəmi 3 ay bu vəzifədə çalışdıqdan sonra postundan ayrılır.

"Amerikanın səsi"  xəbər verir ki, daha əvvəl "Fox News" telekanalında siyasi analitik kimi çalışmış K.Makfarlend bunun əvəzində ABŞ-ın Sinqapurdakı səfiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Rusiya ilə gizli danışıqlarla bağlı qalmaqaldan sonra fevral ayında Maykl Flinn milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsindən istefaya göndərilib.

Analitiklər hesab edir ki, indi M.Flinnin yerinə gələn general Herbert Makmaster Milli Təhlükəsizlik Şurasında yenidən təşkilatlanma həyata keçirir.