XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2017 - 13:01

DİM-də Apellyasiya Komissiyası yaradıldı –Açıqlama

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən Strateq.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 10-dan 12-nə qədər saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti şəxsən təqdim olunmalıdır.