XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2017 - 13:28

Rusiya yeni sanksiya təhlükəsi qarşısında- Britaniya "Böyük yeddilik" qarşısında məsələ qaldırır

Britaniya baş naziri Boris Сonson G7 ölkələrindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edəсək.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı "Times" qəzeti yayıb.

Məlumata görə, Conson G7 ölkələrinin Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi ilə bağlı birgə bəyanat qəbul etməsini istəyir.

Britaniyalı nazirin sözlərinə görə, bəyanatda Rusiya hökumətindən Əsəd rejiminə dəstəyi dayandırmaq və qoşunlarını Suriyadan çıxartmaq tələb olunmalıdır.
 
Bu tələbə məhəl qoymayacağı təqdirdə isə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. 

Sanksiyalarla bağlı sənəd artıq hazırdır və G7 ölkələrinin sabahkı görüşündə XİN rəhbərlərinə təqdim olunacaq.

Qeyd edək ki, İtaliya G7-nin Suriya məsələsi ilə bağlı geniştərkibli görüşünü çağırıb. 

Görüşdə böyük yeddilik ölkələri (ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) ilə yanaşı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edəcək.