XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 10:10

Vasif Talıbov fərman verdi,Naxçıvan Dövlət Energetika Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinə Naxçıvan Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

Naxçıvan Dövlət Energetika Xidmətinin strukturuna Xidmətin  aparatı (şöbələr və sektorlar), Xidmətinin strukturuna daxil olan qurumlar – Yüksəkgərginlikli Elektrik Şəbəkəsi və şəhər (rayon) elektrik şəbəkələri daxildir. Naxçıvan Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilib. 

APA