XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 10:26

Nazirlər Kabinetindən daha bir qərar –“Milli” və “milliyət” anlayışlarında dəyişiklik

Azərbaycanda mövcud qərarlarda və aktlarda  “milli”, “milliyət” anlayışları müvafiq olaraq “etnik” və “etnik mənsubiyyət” anlayışları  ilə əvəz olunur.

Bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədardır.

Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”, “Uşaq evləri  sosial  xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”, “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” və digər qərarlarında müvafiq dəyişikliklər edib.

APA