"ABŞ yenidən dünyada insanlığa qarşı cinayət işlədən hər kəslə mübarizə aparmaq niyyətindədir".
Bunu İtaliyada jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Reks Tillerson söyləyib(Axar.az).
Qeyd edək ki, ABŞ bundan öncə Suriya hökumətinə məxsus Şayrat bazasına raket zərbələri endirib. Nəticədə Suriyaya məxsus 15 təyyarə məhv edilib. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə həyata keçirdiyi kimyəvi hücuma qarşı atdığını bildirib.