XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 14:42

PA rəhbəri Ramiz Mehdiyev Patruşevi qəbul edib –Müzakirə detalları

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələr arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində deyilib.

"Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər", – press-relizdə deyilib.

Həmsöhbətlər, həmçinin beynəlxalq və ayrı-ayrı təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib.

Report