"Suriya hakimiyyətinin əlində hələ də kimyəvi silah var".
Bu barədə bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Nazirlik Türkiyənin əlindəki faktların bunu sübut etdiyini bildirib/Axar.az.
Qeyd edək ki, aprelin 4-də Əsəd rejimi İdlibdə dinc sakinlərə qarşı kimyəvi hücum təşkil edib. Bu, dünya ölkələrinin kəskin etirazına səbəb olub. ABŞ hücumdan bir neçə gün sonra Suriyanın Şayrat bazasına raket zərbələri endirib.