XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 15:38

Suriyada 2 rusiyalı hərbçi həlak olub, biri ağır yaralanıb –Rusiya Müdafiə Nazirliyi açıqladı

Suriyada terrorçuların hücumu nəticəsində 2 rusiyalı hərbçi həlak olub.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə mina partlayışı nəticəsində baş verib. Yaralanan daha bir rusiyalı hərbçinin yaşaması üçün həkimlər mübarizə aparır.

Qeyd olunur ki, müqavilə əsasında Suriya bölmələrindən birində təlimçi qismində xidmət keçən rusiyalı hərbçilər və rusiyalı hərbi müşavir terrorçular tərəfindən minaatan hücumuna məruz qalıb.

APA