"ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib".
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentliyin xəbərinə əsasən ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır.
R. Tillerson bildirib ki, Rusiya seçim etməlidir: "Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah". Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər ki, bizim fikrimizcə, bu, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək".
Dövlət katibinin sözlərinə görə, hələ aydın deyil ki, Rusiya Suriyada kimyəvi tərksilahla bağlı öhdəliyini yerinə yetirə bilməyib, yoxsa qeyri-kompetent davranıb: "Amma bu, ölən üçün əhəmiyyət kəsb etmir. Əsəd ailəsinin hakimiyyəti sona çatır”.
O bildirib ki, hələlik bu sonun necə olacağı məsələsi açıq qalır: “Keçid dövrü Suriya üçün vacib olacaq”.
APA