Nigeriyada iki Türkiyə vətəndaşı qaçırılıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələlik adları açıqlanmayan həmin iki nəfərin adıçəkilən ölkədəki terrorçu qrup tərəfindən qaçırıldığı istisna olunmur:
"Hazırda hər iki Türkiyə vətəndaşının axtarışı davam edir".
Məlumatda türkləri qaçıran şəxs və ya təşkilatın hadisə ilə bağlı hər hansı bir "siqnal" vermədiyi də bildirilir.
Yada salaq ki, ötən il də Nigeriyada türklər qaçırılmışdı. Lakin terrorçular 11 gün sonra onlar azad olunmuşdu.
Strateq.az