İranın müdafiə naziri Hüseyn Dehkan ABŞ-ın Suriyanı təkrar vuracağı təqdirdə, bunun cavabsız qalmayacağını bəyan edib.
Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, bunu İranın müdafiə naziri Rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında deyib.
Məlumata görə, iki ölkənin nazirləri telefonda Suriyadakı vəziyyəti müzakirə ediblər:
"Müzakirə zamanı hər iki nazir ABŞ-ın Suriyanı vurmasını beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər".
İranlı nazir Dehkan isə "Əgər Amerika Suriyaya təkrar hücum edərsə, bunun əvəzini ağır ödəyəcəklər. Bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq", – deyə, bildirib.
Strateq.az