XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 12:05

Universitet, Gəncə səhiyyəsi və İTV-də rəsmi yoxlama –Palata materialları Milli Məclisə göndərdi

Hesablama Palatasının növbəti kollegiya iclasında 2017-ci ilin iş planı üzrə həyata keçirilmiş nəzarət tədbirləri müzakirə olunub.

Strateq.az Palataya istinadən bildirir ki, iclasda aşağıdakı qurumlarda aparılan yoxlamalar müzakirə olunub:

– Dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

– İctimai  Televiziya və  Radio  Yayımları  Şirkətinə  dövlət  büdcəsindən   ayrılan  və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair;

– Dövlət büdcəsindən Gəncə şəhər Səhiyyə İdarəsinə ayrılan vəsaitlərin  proqnozlaşdırılması və icrasına dair.

Məlumata görə, kollegiyaya dəvət olunmuş Sumqayıt Dövlət Universitetinin İqtisadi məsələlər üzrə prorektoru Nahid  Hacıyev,  baş mühasib Şahmar Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Nazim Mürsəlov, Maliyyə və mühasibat Departamentinin direktoru Zaur Məmmədov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini  Akif Zərbəliyev  və baş mühasibin müavini Gülnar Bagirova müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını cavablandırıblar.  

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.