XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 17:35

Bakıdakı istirahət mərkəzində bina uçdu –Ölən və yaralananlar var -YENİLƏNİR (FOTOLAR)

Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib. Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

 Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin  aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uçqun zamanı hadisə yerində 6 nəfər olub. Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə  1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.  

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində ölən şəxslərin hər ikisi kişidir. Onlar istirahət mərkəzində fəhlə işləyirmirş. Hazırda FHN əməkdaşları hadisə yerindədir. Əlavə itkinin olub-olmaması araşdırılır.  (lent.az)