XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 00:29

Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoydu,Çin bitərəf qalıb

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb.